Moskva-Yerevan və Bakı-Soçi gedişlərinin aydınlaşdırdığı iki məram

Siyasət

03.10.2019 - 19:15

“Putin Ermənistanı Qərbə “yem” etməyəcəyini göstərməklə yanaşı, Azərbaycanla balans saxladığını da nümayiş etdirdi”

 

Oktyabrın 1-də Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfərinin ardınca, Azərbaycan Respublikasının Prezidenti İlahm Əliyev Rusiyaya səfərə yollandı. Soçi Beynəlxalq aeoroportunda dövlət başçısını Krasnodar vilayətinin qubernator müavini, Soçi şəhərinin meri və digər rəsmi şəxslər qarşıladılar. Daha sonra Əliyevlə Putin arasında görüş oldu.

 

Putinin Yerevana səfəri ilə Əliyevin Soçiyə səfəri arasında hansısa əlaqə axtarmaq olarmı? Ən əsası, Qarabağ müzakirəsi bu görüşlərdə özünə yer tapırmı?

 

Mövzunu AYNA-ya şərh edən politoloq Tofiq Abbasovun sözlərinə görə, Putinin Yerevana səfəri texniki zəmində müəyyən edilmişdi: “Bu görüşdə Ermənistan, sadəcə ev sahibi funksiyasını yerinə yetirirdi. Çünki Rusiya rəhbərliyi özü də yaxşı başa düşürdü ki, Ermənistanda anti-Rusiya meylləri artmaqda davam edir. Bu baxımdan Putinin Ermənistana baş tutan səfəri heç bir müsbət nəticə verə bilməz”.

Politoloq bildirib ki, İlham Əliyevin Rusiya səfəri isə daha miqyaslı hadisədir: “Azərbaycan Prezidenti "Valday klubu"na dəvət olunub. "Valday klubu" Davos forumuna bənzər bir təsisatdır və orada müzakirə olunan predmetlər son dərəcə əhəmiyyətlidir. Azərbaycanın da beynəlxalq səviyyədəki mövqeləri, Prezident İlham Əliyevin qlobal məsələlərə yanaşması, Azərbaycanın beynəlxalq qlobal inteqrasiya proqramına verdiyi dəstək beynəlxalq səviyyədə düzgün və müsbət qiymətləndirilir”.

 

T.Abbasov Əliyev-Putin görüşünün Qarabağ məsələsinə təsirlərini belə qiymətləndirib: “Bu mövzuda Azərbaycanın mövqeyi tam aydındır. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Qarabağ mövzusundan kənar heç bir məsələni Ermənistan tərəfi ilə müzakirə etməyəcək. Bu məsələdə əsas tələb isə ondan ibarətdir ki, məsələnin həlli yetişməlidir. Siyasi aləmdə, xüsusən də hərbi-siyasi münaqişə zəmnində siyasi dəstəyin, diplomatik potensialın artması mühüm rol oynayır. Əgər Azərbaycan qərar verib müharibəyə başlasa, bu, özü də başqa bir problem yarada bilər. Çünki Ermənistan tərəfinin hansı gücə malik olması sual altındadır. Yəni bu məsələdə tələsmək daha böyük problemlərə yol aça bilər. Bu baxımdan Azərbaycan rəhbərliyi təmkinli olmalı, həmçinin siyasi diplomatik gücünün artmasını təmin etməlidir".

 

Politoloq Nəzakət Məmmədova isə Müəllif: Mərahim Nəsib


Ramanada faciə

Dünən, 17:26 Hadisə