Laçın dəhlizindən keçən avtomobillərin sayı açıqlanıb

Aktual

26.09.2021 - 11:05

Həkimlər Klinikalar SEO Xidməti

“Keçid məntəqəsindən gündə təxminən 200 maşın keçir”

Azərbaycanın Qarabağ regionunda yerləşdirilən Rusiya sülhməramlı kontingentinin hərbçiləri ötən ilin noyabr ayından etibarən Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkət edən 65 minə yaxın nəqliyyat vasitəsinin və 230 mindən çox insanın təhlükəsiz keçidini təmin ediblər. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.

Bildirilib ki, Rusiya hərbçiləri sutka ərzində dəhlizdən keçən avtomobillərə nəzarət edirlər.

“Keçid məntəqəsindən gündə təxminən 200 maşın keçir”, – deyə sülhməramlı kontingentin nümayəndəsi Vasili Davıdov bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş