Küveyt və Bəhreyn hava məkanını bağllı saxlayıb

Dünya

14.03.2026 - 22:45

Ölkələr hava məkanının bağlanmasını daha 12 saat uzadıblar

Küveyt və Bəhreyn hava məkanının bağlanmasını daha 12 saat uzadıblar. AYNA.AZ xəbər verir ki, bu barədə Yaxın Şərq hava nəqliyyatının idarə edilməsi xidmətindəki mənbə TASS-a bildirib.

"Küveyt və Bəhreyn bağlanmanı daha 12 saat uzadıblar, 15 mart bazar günü saat 04:00-a (Bakı vaxtı ilə saat 08:00) qədər", deyə mənbə qeyd edib.

O qeyd edib ki, Bəhreyn hələ də paytaxt Manama hava limanından qonşu Səudiyyə Ərəbistanına ən qısa uçuş dəhlizi vasitəsilə xüsusi icazə ilə bəzi uçuşlara icazə verir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş