Kürün Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi azalıb

Xəbərlər

24.08.2021 - 14:42

Hazırda məntəqədə su sərfi saniyədə 73 kubmetrə bərabərdir

 

Avqustun 24-də Kiçik Qafqazın ərazisindən axan Kürəkçay-Çaykənd məntəqəsində suyun səviyyəsi 2, Zəyəmçay-Ağbaşlar məntəqəsində 1 santimetr artıb. Gəncəçay-Zurnabadda , o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı, Lənkəran- Astara bölgəsindən axan Viləşçay-Şıxlar məntəqələrində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Lənkərançay-Sifidor və Təngərüdçay-Vaqo məntəqələrində isə suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb.

 

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 12 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 73 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 60 faizini təşkil edir.

 

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 8.50 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 12 faizinə bərabərdir.

 

Kür-Surra məntəqəsində suyun səviyyəsi 7 santimetr artaraq 330 santimetr, su sərfi isə saniyədə 95 kubmetr olub. Kür-Şirvanda suyun səviyyəsi 2 santimetr azalaraq 109, Kür-Bankədə 5 santimetr artaraq 121, Araz-Novruzluda isə 7 santimetr artaraq 65 santimetr təşkil edib.

Müəllif: Ayna.az