Kurskda dəmir yolu körpüsü uçub

Dünya

01.06.2025 - 10:58

cedabet dərman SEO Xidməti

"Qatarın bir hissəsi körpünün altında olan yola düşüb”

İyunun 1-nə keçən gecə Rusiyanın Kursk vilayətinin Jeleznoqorsk rayonunda körpü üzərində yük lokomotivi hərəkət edən zaman uçub. AYNA.AZ xəbər verir ki, bölgənin qubernatoru Aleksandr Xinşteynin “Telegram” kanalında verdiyi məlumata görə, bir nəfərin öldüyü məlumdur.

"Qatarın bir hissəsi körpünün altında olan yola düşüb. Lokomotiv yanıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu operativ şəkildə lokallaşdırıblar", - qeyd edibn.

Qalan qatarlar isə dəmir yolunda qalıb. İlkin məlumata görə, sürücü ayaqlarından xəsarət alıb.

Hadisə ilə əlaqədar körpünün altında yerləşən yol bağlanıb. Körpünün uçmasının səbəbi hələ açıqlanmayıb; mütəxəssislər bunu müəyyən edirlər.

Qeyd edək ki, mayın 31-i axşam saatlarında Bryansk vilayətində körpü uçub. Hadisə nəticəsində 7 nəfər ölüb, daha 66 nəfər yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş