Hadisə nəticəsində 3 nəfər ölüb
Kürdəmirdə avtomobil aşıb. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Cəyli kəndi ərazisində qeydə alınıb.
"Mercedes" markalı avtomobil idarəetməni itirərək yolun kənarına aşıb. İlkin məlumata görə, hadisə nəticəsində avtomobildə olan 3 nəfər hadisə yerində ölüb.
Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırma aparılır.