Kürdə batan şəxsin meyiti tapılıb

Xəbərlər

26.06.2020 - 16:50

Meyit Bulduq kəndinin ərzisində tapılaraq, sudan çıxarılıb

 

Sabirabadda Kür çayında batan şəxsin meyiti tapılıb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Rayonun Ulacalı kəndində batan Hacıqabul rayonunun Qarasu kəndinin sakini, 1956-cı il təvəllüdlü Soltanov Teymur Məhəmmmədrza oğlunun meyiti Bulduq kəndinin ərzisində tapılaraq, sudan çıxarılıb.

Müəllif: Ayna.az