Kürdə 1 nəfər batıb

Xəbərlər

04.10.2025 - 10:19

Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar

Kür çayının Sabirabad rayonundan keçən hissəsində 1 nəfər batıb. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonunun Cavad kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş