Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Xəbərlər

07.06.2024 - 19:36

cedabet dərman SEO Xidməti

Yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir

İyunun 8-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şərur, Şahbuz, Culfa, Ordubad, Cəlilabad, Salyan, Mingəçevir, Neftçala, Biləsuvar, Hacıqabul, Goranboyda sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.

Sarı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizlik, yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir.

Küıəkli hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 8-i günün birinci yarısında, bölgələrdə isə gün ərzində fasilələrlə davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş