Küləkli hava ilə bağlı sarı XƏBƏRDARLIQ

Xəbərlər

06.08.2024 - 10:39

cedabet dərman SEO Xidməti

Bakıda şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək

Avqustun 7-dən 8-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, avqustun 7-8-də isə bölgələrdə fasilələrlə şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, İmişli, Beyləqan, Sabirabad, Şirvan, Salyan, Saatlı, Biləsuvar, Füzuli, Cəbrayıl, Cəlilabad, Yardımlı, Lerik, Şahbuz, Ordubad, Culfa, Qobustan, Şabran, Xızı, Xaçmaz, Siyəzən, Neftçalada arabir 13.9-20.7 m/san təşkil edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş