Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Xəbərlər

25.10.2025 - 22:44

Bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən xəbərə görə, oktyabrın 26-sı axşamdan 27-si səhərədək Bakıda və Abşeron yarımadasında, 26-sı gün ərzində isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Şərur, Neftçala, Hacıqabul, Qusar, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Şəki, Oğuz, Qazax, Tovuz, Ağstafa, Gəncə, Şəmkir, Samux, Naftalan, Goranboy, Daşkəsəndə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş