Küləklə bağlı sarı XƏBƏRDARLIQ

Xəbərlər

06.10.2024 - 15:55

cedabet dərman SEO Xidməti

Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib

Oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

Xidmətdən AYNA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında cənub küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.

Sarı xəbərdarlığa uyğun olaraq Şabran, Xızı, Siyəzən, Xaçmaz, Altıağac, Qobustan, Neftçala, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabadda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş