“Kuba iqtisadiyyatında və hökumətində dəyişikliklərə açıqdır”
“Kuba iqtisadiyyatında və hökumətində dəyişikliklərə açıqdır və ABŞ ilə danışıqları davam etdirməyə çalışır. Lakin Vaşinqtonun bunu vicdanla etdiyinə inanmır”. AYNA.AZ xəbər verir ki, Kubanın BMT-dəki səfiri Ernesto Soberon Quzman bunu “The New York Times” (NYT) qəzetinə verdiyi müsahibədə deyib.
"Kuba bütün məsələləri ABŞ ilə müzakirə etməyə hazırdır. Söhbətlərimizdə tabu mövzular yoxdur - hər şey qarşılıqlılığa və bərabərliyə əsaslanır. Aydındır ki, “Biz Kubanı nəzarətimiz altına almağa hazırıq" kimi ifadələr dialoq və etimad atmosferinə töhfə vermir", - deyə o bildirib.
Onun sözlərinə görə, hərbi ritorika və Vaşinqtonun Kubaya qarşı hərbi təcavüz üçün müxtəlif bəhanələr yaratması bu problemin həllində kömək etmir.
Quzman qeyd edib ki, Kuba hökuməti bu qərarı Amerika ictimaiyyətinə Kubanın ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən adaya qarşı artan təzyiq kampaniyasına baxmayaraq, ABŞ ilə sülh və əməkdaşlıq axtardığını göstərmək üçün verib.