Putinin sözçüsü Lukaşenkonun fikirlərinə münasibət bildirib
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiyanın Ukraynadakı "xüsusi əməliyyatı"nın uzanması barədə fikirlərini şərh edib.
AYNA Rusiya mediasına istinadən bildirir ki, Kreml sözçüsü Lukaşenkonun bəyanatını dəyərləndirərkən belə deyib: ""Xüsusi əməliyyat" plan üzrə davam edir".
Qeyd edək ki, Belarus Prezidenti “The Associated Press”ə müsahibəsində Rusiyanın Ukraynadakı "xüsusi əməliyyatı"nın gedişatı ilə kifayət qədər tanış olmadığını bildirsə də, bunun uzandığını söyləyib.
Lukaşenko həmçinin qeyd edib ki, Ukraynadakı münaqişənin daha yüksək səviyyəyə keçməsinə imkan vermək olmaz. Onun sözlərinə görə, “dayanıb razılaşmaq lazımdır”.
Qeyd edək ki, fevralın 24-dən etibarən Rusiya "xüsusi əməliyyat" adı altında Ukraynada işğalçı müharibəyə başlayıb.