Kreml: Putin Makronla dialoqa hazırdır

Dünya

21.12.2025 - 11:07

“Mümkün dialoq hər iki tərəfin mövqeyini anlamaq cəhdi olmalıdır”

“Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla dialoqa hazırdır”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, “mümkün dialoq hər iki tərəfin mövqeyini anlamaq cəhdi olmalıdır”.

“Putin həmişə öz mövqelərini izah etməyə, həmsöhbətləri ilə ətraflı, səmimi və ardıcıl şəkildə dialoqa hazırdır”, - deyə Peskov bildirib.

Xatırladaq ki, dekabrın 19-da Makron Rusiya Prezidenti Vladimir Putinlə dialoqun bərpasının Avropa üçün faydalı ola biləcəyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş