Kramatorskda otel atəşə tutuldu: britaniyalı jurnalist həlak olub

Dünya

26.08.2024 - 06:19

Həkimlər Klinikalar SEO Xidməti

Hücum zamanı “Reuters”in üç jurnalisti yaralanıb

Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində xilasetmə xidmətləri Rusiyanın raket hücumu nəticəsində dağılmış "Sapphire" otelinin dağıntıları altından Britaniya vətəndaşının cəsədini çıxarıb. AYNA xəbər verir ki, bu barədə Donetsk Vilayət Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, atəş nəticəsində bir nəfər ölüb, 6 nəfər yaralanıb.

Daha əvvəl “Reuters” xəbər vermişdi ki, hücum zamanı onun üç jurnalisti yaralanıb: onlardan biri itkin düşüb, digər ikisi isə xəstəxanaya aparılıb. Agentliyin məlumatına görə, oteldə “Reuters” agentliyinin altı nəfərdən ibarət komandası olub.

Eyni zamanda, prokurorluğun məlumatına görə, 38, 40, 41 və 46 yaşlı dörd xarici media əməkdaşında bədən xəsarətləri qeydə alınıb.

"Jurnalistlər mina partlayışı, beyin əzilməsi, sınıq ayaq, beyin silkələnməsi, kəsilmiş yaralar və bədən qançırları alıblar", - məlumatda deyilir.

İlkin olaraq yalnız bir nəfərin itkin düşdüyü bildirilir.

“Ukrayinska Pravda” nəşri otelin dağıntıları altında ölən britaniyalının “Reuters” agentliyinin jurnalisti olduğunu ehtimal edir. Donetsk Vilayət Dövlət Administrasiyasının rəhbəri Vadim Filaşkin daha əvvəl bildirib ki, xəsarət alan jurnalistlər Ukrayna, ABŞ və Böyük Britaniya vətəndaşlarıdır.

Donetsk Prokurorluğu bildirir ki, Kramatorskda otelə endirilən zərbə ehtimal ki, “İsgəndər-M” raketi ilə həyata keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş