“Sabahdan virusla bağlı yenilənən tibbi qaydalar bütün xəstəxanalara paylanılacaq”
Dünyada koronavirusla bağlı mübarizədə bütün tədbirlər təcrübələr əsasında yenilənir.
Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramil Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.
R.Bayramlı bildirib ki, Azərbaycanda Covid-19-un ilk yoluxma anından infeksion xəstəliklərə nəzarət işçi qrupu tərəfindən xüsusi qaydalar (rəhbərlik) hazırlanıb: “Orada tibbi müayinə, profilaktika, müalicə və virusdan ölənlərin dəfni ilə bağlı qaydalar var. Bütün tibb müəsisələrində bu qaydalar tətbiq olunur. Beynəlxa təcrübədə nə yenilik olsa, “rəhbərlik” hər dəfə yenilənir”.
“Sabahdan virusla bağlı yenilənən tibbi qaydalar bütün xəstəxanalara paylanılacaq”, - TƏBİB rəsmisi vurğulayıb.