Koronavirusdan evdə özünü müalicə ilə əlaqədar ağırlaşma halları çoxdur - <font color=red> TƏBİB</font>

Cəmiyyət

15.12.2020 - 16:17

Həkimlər Klinikalar SEO Xidməti

Operativ Qərargah brifinq keçirib

 

“KİV nümayəndələrinə müraciət edirik ki, neqativ hallarla qarşılaşanda bizim qurumlarla əlaqə saxlasınlar”.

 

AYNA-nın məlumatına görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

 

O bildirib ki, evdə koronavirusdan özünü müalicə ilə əlaqədar ağırlaşma halları çoxdur: “Ümumilikdə bu prosesi idarə edə bilirik. Həmkarlarımız bu gün mübarizə aparmaqdadır. Paralel olaraq digər xəstəliklər qalmaqdadır. Qazilərimizin də müalicəsi xəstəxanalarda davam etdirilir. Buna görə də hər birimiz özümüzü qorumalıyıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş