Koronavirusa yoluxmuş sabiq deputat Türkiyəyə aparılıb

Xəbərlər

07.07.2020 - 12:09

“Xəstəliyi bir qədər ağır keçirirəm”

 

“Hazırda müalicələrim davam edir. Ümid edirəm ki, tezliklə sağalacağam”. AYNA xəbər verir ki, bu sözləri Modern.az-a sabiq deputat Mirzəcan Xəlilov deyib.

 

Sabiq deputat koronavirus xəstəliyini ağır keçirdiyini də bildirib: “Xəstəliyi bir qədər ağır keçirirəm. Koronavirus xəstəliyi aşkarlananda Tibb Universitetinin klinikasına yerləşdirilmişdim. Ancaq səhhətimdə irəliləyiş olmadığından Türkiyəyə aparılmağı məsləhət gördülər. Hələlik burada müalicə alıram”.

 

Qeyd edək ki, M.Xəlilov 2015-2020-ci illərdə 41 saylı Sumqayıt birinci seçki dairəsindən V çağırış Milli Məclisin üzvü olub.

Müəllif: Ayna.az