Koronavirus qalmaqalı ilə gündəmə gəlmiş xəstəxanaya direktor təyin olunub

Xəbərlər

03.03.2020 - 16:26

Həkimlər Klinikalar SEO Xidməti

Bu barədə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı əmr verib

 

“Neftçala və Astara Rayon Mərkəzi Xəstəxanalarına direktorlar təyin olunub. AYNA-ya bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məlumat verib. 

 

Məlumatda bildirilir ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə  Əliyev Ramiz Bəylər oğlu “Neftçala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə, Azadxanov Elnur Ramazan oğlu “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunub.

 

Qeyd edək ki, TƏBİB tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur. TƏBİB-in fəaliyyətinin əsas məqsədi, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş