Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Xəbərlər

01.09.2025 - 21:36

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.

Məhkəmənin Mətbuat Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 33-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddələrinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 25-nə təyin olunmuş iclasında baxılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş