Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib

Xəbərlər

03.02.2026 - 18:57

Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub. Məhkəmədən AYNA.AZ-a verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 321-ci maddəsinin “Qeyd” hissəsinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 23-nə təyin olunmuş iclasında baxılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş