Konqoda vəziyyət ağırlaşıb

Dünya

06.12.2025 - 14:11

Ruanda ilə sərhəddəki Kamanyola şəhəri intensiv hücuma məruz qalıb

Vaşinqtonda Konqo Demokratik Respublikası ilə Ruanda arasında sülhlə bağlı razılaşmanın imzalanmasına baxmayaraq, vəziyyət ağırlaşıb.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Ruanda ilə sərhəddəki Kamanyola şəhəri intensiv hücuma məruz qalıb. Hücumda ağır artilleriyadan istifadə edilib. Mülki şəxslər arasında itkilər barədə statistika ziddiyyətlidir.

Qeyd edək ki, dekabrın 5-də Vaşinqtonda Konqo Demokratik Respublikası ilə Ruanda arasında sülhlə dair ilkin razılıq əldə edilib. ABŞ Prezidenti Donald Tramp bu razılaşmanı “möcüzə” adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş