Konqoda silahlı şəxslər 23 nəfəri öldürüb

Dünya

22.06.2024 - 23:29

Həkimlər Klinikalar SEO Xidməti

Kəndlərə hücum zamanı sakinlər öldürülüb və evlər yandırılıb

Konqo Demokratik Respublikasının (DRC) şərqindəki bir neçə kənddə bu həftə ən azı 23 nəfər öldürülüb.

AYNA xəbər verir ki, bu barədə “Reuters” agentliyi İturi əyalətinin yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

“Konqonun İnkişafı naminə Kooperativi”nin (CODECO) silahlı qüvvələri kəndlərə hücum edərək, sakinləri öldürüb və evləri yandırıb.

Səlahiyyətlilərə görə, hücumun səbəbləri məlum deyil.

CODECO 20 ildən çox əvvəl Konqo Demokratik Respublikasının şərq bölgələrində yaşayan Lendu xalqının silahlı şəxslərindən yaranıb.

Müəllif: Ayna.az