Kolumbiya prezidenti hadisəni ölkədə sabitliyə təxribat adlandırıb
Kolumbiyada bombanın partlaması nəticəsində 8 polis əməkdaşı həlak olub. AYNA xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro “Twitter“ səhifəsində məlumat yayıb.
Hadisə Huila departamentində polis maşınının yoluna partlayıcı qurğunun qoyulması nəticəsində baş verib.
“Mən Huila ştatının San Luis şəhərində səkkiz polisin ölümü ilə nəticələnən bombalı hücumu qətiyyətlə pisləyirəm", - deyə Petro qeyd edib.
Kolumbiya prezidenti hadisəni ölkədə sabitliyə açıq-aşkar təxribat adlandırıb. Bundan əvvəl Petro ölkədə fəaliyyət göstərən bütün silahlı qrupları hökumətlə dialoqa başlamağa və zorakılıqdan əl çəkməyə çağırıb.