Yeraltı təkanların ocağı 30 kilometr dərinlikdə olub
Kolumbiyada 5,1 maqnitudalı zəlzələ olub. AYNA xəbər verir ki, bu barədə Kolumbiyanın Geoloji Xidməti (SGC) məlumat yayıb.
Xidmətin verilənlərinə əsasən, 5,1 maqnitudalı zəlzələ yerli vaxtla saat 09:25-də və yerin 30 kilometr dərinliyində baş verib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.