Kolumbiya Prezidenti: “Venesuela ilə hava nəqliyyatı tam bərpa olunmalıdır”

Dünya

02.12.2025 - 14:19

"ABŞ-ın Venesuela hava məkanını bağlamaq hüququ yoxdur”

“ABŞ Prezidenti Donald Trampın hava məkanının bağlanması ilə bağlı açıqlamalarına baxmayaraq, Kolumbiya və Venesuela arasında uçuşlar tam bərpa olunmalıdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Kolumbiya Prezidenti Qustavo Petro “X” hesabında yazıb.

"ABŞ-ın Venesuela hava məkanını bağlamaq hüququ yoxdur. Onlar öz aviaşirkətlərini qadağan edə bilərlər, amma xarici aviaşirkətləri qadağan edə bilməzlər. Kolumbiya Venesuela ilə mülki hava nəqliyyatını bərpa edir və bütün dünyanı da eyni şeyi etməyə çağırır", - deyə Prezident qeyd edib.

Daha əvvəl Kolumbiyanın ən böyük aviaşirkəti “Avianca və Latam”ın yerli törəmə şirkəti Venesuelaya uçuşları dayandırmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş