“Bu tədbirlər Karib dənizindəki qayıqlara ABŞ-ın raket hücumları dayandırılana qədər qüvvədə qalacaq”
Kolumbiya ABŞ Hərbi Dəniz Qüvvələrinin Karib dənizindəki qayıqlara hücumları fonunda kəşfiyyat bölmələri ilə ABŞ həmkarları arasında əməkdaşlığı dayandırıb. AYNA.AZ xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro “X” sosial media platformasında yazıb.
Bəyanatda deyilir: "Bütün səviyyəli ictimai təhlükəsizlik kəşfiyyatına məlumat ötürülməsini və ABŞ strukturları ilə digər qarşılıqlı əlaqə formalarını dayandırmaq əmri verilib".
O əlavə edib ki, “bu tədbirlər Karib dənizindəki qayıqlara ABŞ-ın raket hücumları dayandırılana qədər qüvvədə qalacaq”.
Petro vurğulayıb ki, narkotik qaçaqmalçılığına qarşı mübarizə Karib bölgəsi xalqlarının hüquqlarına tabe edilməlidir.