Kolumbiya ABŞ-dakı səfirini geri çağırıb

Dünya

20.10.2025 - 21:36

Daniel Qarsiya Pena Caramillon artıq Boqotadadır

ABŞ Prezidenti Donald Tramp və Kolumbiya Prezidenti Qustavo Petro arasında artan gərginlik fonunda Kolumbiya ABŞ-dakı səfirini geri çağırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, ölkənin Xarici İşlər Nazirliyi səfir Daniel Qarsiya Pena Caramillonun artıq Boqotada olduğunu bəyan edib.

Xatırladaq ki, sentyabrın 16-da ABŞ-ın narkotik daşıdığı deyilən qayığa zərbə endirməsindən sonra Kolumbiya Prezidenti Trampı vətəndaşını öldürməkdə ittiham edib. Daha sonra Donald Trampın Petronu “qanunsuz narkotik lideri” və “dəli” adlandırması gərginliyi daha da artırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş