Köçəryanın Paşinyana qarşı iddiası rədd edilib

Dünya

11.01.2023 - 13:14

Həkimlər Klinikalar SEO Xidməti

Məhkəmə sabiq Prezidentin hazırkı Baş nazirə qarşı iddiası barədə qərar verib

Məhkəmə Ermənistanın ikinci Prezidenti Robert Köçəryanın Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı iddiasını rədd edib. AYNA erməni mediasına istinadən bildirir ki, müvafiq qərar məhkəmə məlumatı saytında dərc olunub.

Qeyd edək ki, Paşinyan 2021-ci il martın 1-də keçirilən mitinqdə bəyan edib ki, 2008-ci ilin martında Ermənistan liderləri ordunu xalqa qarşı istifadə edib və vətəndaşları güllələmək qərarına gəliblər. Paşinyan həmçinin bildirib ki, bu işdə təqsirləndirilən şəxslər var və onlar hazırda məhkəmədədir.

Bu bəyanatdan sonra 2008-ci ilin martında Prezident olan Köçəryan ədalətli məhkəmə hüququnu pozduğuna görə Paşinyana və Ermənistana qarşı iddia qaldırıb.

Xatırladaq ki, 2008-ci il fevralın 19-da keçirilən prezident seçkilərinə qatılan və seçkilərdə məğlub olan birinci Prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi erməni müxalifəti fevralın 20-dən paytaxt İrəvanın mərkəzində səsvermənin nəticələrindən narazılığını bildirərək mitinqlər keçirib. 2008-ci il martın 1-2-də etiraz aksiyaları iğtişaşlara və etirazçılarla hüquq-mühafizə qüvvələri arasında toqquşmaya çevrilib. Nəticədə on nəfər həlak olub, 200-dən çox insan yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş