Kobaxidze: “Gürcüstan ABŞ-a münasibətlərin bərpasını təklif etdi”

Dünya

24.07.2024 - 16:19

Həkimlər Klinikalar SEO Xidməti

“Biz amerikalı tərəfdaşlarımıza fərqli bir gündəm təklif etmək istəyirik ki, bu da sıfırlama deməkdir”

Gürcüstan hakimiyyəti ABŞ-a münasibətləri bərpa etməyi təklif edir və Vaşinqtonun qarşılıqlı addımlarına ümid edir. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.

“Biz amerikalı tərəfdaşlarımıza fərqli bir gündəm təklif etmək istəyirik ki, bu da sıfırlama deməkdir. Son üç-dörd ildə bu münasibətlərin nə qədər pisləşdiyini bilirsiniz. Bunun fonunda gürcü-amerikan münasibətləri yenidən qurulmalıdır”, - deyən Kobaxidze əlavə edib.

Bildirib ki, ölkə hakimiyyəti ABŞ-ın bu istiqamətdə praqmatik qərarlar qəbul edəcəyini gözləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş