Klintonla bağlı iddia: Navalnının Krasikovla dəyişdirilməsi üçün lobbiçilik edib

Dünya

28.03.2024 - 16:59

Alekseyin həyat yoldaşı da qeyri-rəsmi olaraq alman hakimiyyətinə mübadilə razılaşdırılması xahişi ilə müraciət edib

ABŞ Dövlət Departamentinin keçmiş rəhbəri Hillari Klinton rusiyalı mərhum müxalif siyasətçi Aleksey Navalnının keçmiş çeçen səhra komandiri Zelimxan Xanqoşvilinin qətlinə görə Almaniyada ömürlük həbs cəzası çəkən rus kəşfiyyatçı Vadim Krasikovla dəyişdirilməsi üçün lobbiçilik edib. AYNA xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” yazıb.

Nəşrin məlumatına görə, araşdırmaçı jurnalist Xristo Qrozev Hillari Klintondan Navalnının mübadiləsi ilə bağlı danışıqlarda iştirak etməyi xahiş edib. Öz növbəsində, Alekseyin həyat yoldaşı Yuliya Navalnaya qeyri-rəsmi olaraq alman hakimiyyətinə mübadilə razılaşdırılması xahişi ilə müraciət edib.

Jurnal iddia edir ki, ABŞ Prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şolts 2024-cü il fevralın 9-da Vaşinqtonda görüş zamanı mümkün mübadilə məsələsini müzakirə ediblər.

Bu arada, bu danışıqların nəticəsi olaraq, Vaşinqtondan mübadilə üçün Kremlə rəsmi təklif gəlməyib. Bunu vasitəçilər Rusiya Prezidenti Vladimir Putinə çatdırmalı imişlər.

Müəllif: Ayna.az