Kiyevə raket hücumu olub, ölənlər və yaralananlar var

Dünya

30.08.2023 - 07:46

Xəsarət alan şəxslərə tibbi yardım göstərilib

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə raket hücumunda havada zərərsizləşdirilən mərmi qalıqlarının düşməsi nəticəsində 2 nəfər ölüb.

AYNA xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası "Telegram"da məlumat yayıb.

“Təəssüf ki, Kiyevin Şevçenko rayonunda dağıntıların müəssisənin ərazisinə düşməsi nəticəsində, ilkin məlumata görə, 2 nəfər həlak olub. Daha bir nəfər xəsarət alıb. Ona tibbi yardım göstərilir”, - KŞHA-nın rəisi Serhiy Popko bildirib.

Şəhərin meri Vitali Kliçkonun sözlərinə görə, 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb və xəstəxanaya yerləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş