Ukrayna paytaxtında yanğınlar və dağıntılar olub
Rusiya Ukraynanı PUA və raketlərlə kütləvi şəkildə atəşə tutub. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, hücumların hadəfi olan paytaxt Kiyevdə yanğınlar və dağıntılar olub.
Ukrayna Hərbi Hava Qüvvələri Kiyev, Çerniqov və Çerkassı vilayətlərində PUA uçuşlarının qeydə alındığını açıqlayıb.
Kiyev meri Vitali Kliçko Kiyevin kütləvi şəkildə dron atəşinə tutulduğunu yazıb.