Kiyevdə yenidən həyəcan siqnalı eşidilib

Dünya

25.02.2022 - 22:25

Həkimlər Klinikalar SEO Xidməti

Raketin düşməsi nəticəsində bəzi yaşayış evləri zərər görüb

Ukraynanın paytaxtı Kiyevdə yenidən həyəcan siqnalı səsləri eşidilib. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, yerli vaxtla saat 18.32-dən başlayaraq, təxminən 2-3 dəqiqə siqnal səslənib.

Rusiyanın hərbi əməliyyatında raketin düşməsi nəticəsində bəzi yaşayış evləri zərər görüb, səkkiz mülki vətəndaşın isə yaralandığı bildirilib.

Ukrayna Silahlı Qüvvələri Rusiya qüvvələrinin Kiyevin Obolon rayonunda diversiya qrupunu zərərsizləşdirdiyini açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş