Təyyarə DePortola və Oak Mountain yollarının kəsişməsindəki bir təpənin yamacına çırpılıb
Kaliforniyanın Temekula şəhərində baş verən təyyarə qəzasında iki nəfər ölüb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Federal Aviasiya Administrasiyası və Riverside Şəhər Şerif Ofisi məlumat yayıb.
“Robinson R22” təyyarəsi DePortola və Oak Mountain yollarının kəsişməsindəki bir təpənin yamacına çırpılıb.
Şerif Ofisi göyərtədə olan iki nəfərin hadisə yerində öldüyünü təsdiqləyib.
Təyyarə Riverside şəhərinin cənub-qərbindəki “French Valley” Hava Limanından yola düşüb. Hadisənin səbəbi araşdırılır.