Kirbi: “ABŞ Qəzza ilə bağlı HƏMAS və İsrail arasında razılaşmaya yaxındır”

Dünya

08.08.2024 - 15:02

Həkimlər Klinikalar SEO Xidməti

“Hər iki tərəfin yaxşı təklifi var və hər ikisi təklifi qəbul etməlidir ki, biz onu həyata keçirək”

“Ağ Ev HƏMAS və İsrail arasında atəşkəs və Qəzza zolağında girovların azad edilməsi ilə bağlı razılaşmaya həmişəkindən daha yaxındır”. AYNA “The Hill”ə istinadən xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Hər iki tərəfin yaxşı təklifi var və hər ikisi təklifi qəbul etməlidir ki, biz onu həyata keçirək. Biz düşündüyümüz qədər yaxınıq”, - deyə ABŞ rəsmisi bildirib.

Kirbi əlavə edib ki, razılaşma əldə oluna bilər, baxmayaraq ki, o, bunun üçün vaxt çərçivəsini açıqlamayıb. Amerikalı rəsmi qeyd edib ki, sazişin icrasının detallarını müzakirə etmək lazımdır.

İsrail hakimiyyəti ABŞ-a Qəzza zolağında atəşkəs razılaşması üçün yeni təklif göndərib. Yeni sənəddə Qəzza zolağının cənubundan şimala silahlıların və silahların ötürülməsinə nəzarət etmək və qarşısını almaq üçün beynəlxalq mexanizmin yaradılması ilə bağlı müddəalar var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş