Kimlik məsələsi

İbrahim Nəbioğlu

22.08.2025 - 18:41

Milli kimliyini itirsən hər şeyini batırırsan…

Nə səlcuqlar, nə də osmanlılar türk kimliyini layiqincə daşıya bildilər. Səlcuqlar türk dastanlarını Firdovsinin fars qəhrəmanlarına dəyişdilər, Osmanlı isə ərəb nağıllarına… 

Səlcuqlu İmperatorluğunu quranlar: Selçuk, Tuğrul, Alpaslan (türk adları).

İmperiyanın süqutunda: Keyxosrov, Keyqubad, Keykavus (fars adları). 

Osmanlı İmperatorluğunu quranlar: 
Ertuğrul, Ataman, Orhan (türk adları); 

Osmanlının süqutunda: 
Abdulazız, Abdulmecit, Vahdeddın (ərəb adları). 

Eyni səhvlərə öz dövrlərində göytürklər və uyğurlar da yol veriblər.  Biz türklərin ən zəif tərəfidir bu. Su kimiyik biz, istənilən qabın şəklini ala bilirik. 

Orxon-Yenisey abidələrində dövlətin dağılma səbəblərindən birinin çinliləri təqlid etmək, onlara bənzəmək istəyi göstərilir.  Osmanlının tənzimat dövründə fransızca heyranlığı; Türkiyə Cümhuriyyətinin qurulduğu dövrdə ingilis dilinin istilası; Azərbaycanın rus dili heyranlığı… 

Milli kimliyini itirsən hər şeyini batırırsan… Hakimiyyətin sona çatır, itib keçmiş olursan...

Ey Türk, titrə və özünə dön. 

*** 

Bilelim ki milli benliğini bilmeyen milletler başka milletlere yem olurlar… 
– Atatürk

Müəllif: İbrahim Nəbioğlu

Pin up casino Pin-up casino giriş