Kim Çen In Şimali Koreyanın Cənubi Koreyanı işğal etməyə hazır olduğunu açıqlayıb

Dünya

09.02.2024 - 12:48

cedabet dərman SEO Xidməti

“Pxenyan “Cənubi Koreya kuklasını” əsas düşmən hesab edir”

Şimali Koreya öz təhlükəsizliyini təmin etməyi tələb edən fövqəladə hallar yaranarsa, Cənubi Koreya ərazisini işğal etməyə hazırdır. AYNA xarici mediaya istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.

Onun sözlərinə görə, Pxenyan “Cənubi Koreya kuklasını” əsas düşmən hesab edir: "Fövqəladə hallarda onları işğal etmək ölkəmizin əbədi təhlükəsizliyi, gələcəkdə sülh və sabitlik üçün bir tədbirdir".

Bundan əvvəl Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hui bildirib ki, Şimali Koreya dünyada strateji sabitliyin və tarazlığın qorunmasında Rusiyanın rolunu yüksək qiymətləndirir. Nazir ümid etdiyini bildirib ki, Moskva bundan sonra da bütün istiqamətlərdə müstəqil siyasətə və xəttə sadiq qalacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş