Kim Çen In: “Şimali Koreya Putinin bütün qərarları dəstəkləyir”

Dünya

13.09.2023 - 12:53

cedabet dərman SEO Xidməti

“Biz həmişə Putinin bütün qərarlarını, eləcə də Rusiya hökumətinin qərarlarını dəstəkləmişik və dəstəkləyirik”

Şimali Koreya lideri Kim Çen In bildirib ki, ölkəsi Rusiya Prezidenti Vladimir Putinin bütün qərarlarını dəstəkləyir. AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Biz həmişə Putinin bütün qərarlarını, eləcə də Rusiya hökumətinin qərarlarını dəstəkləmişik və dəstəkləyirik”, - Şimali Koreya lideri bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Putin Kim Çen Inı Vostoçnı kosmodromunda qarşılayıb və liderlər danışıqlara başlayıblar.

KXDR lideri Rusiyaya bir gün əvvəl zirehli qatarla gəlib. Kim Çen In Putinlə görüşərək ikitərəfli əməkdaşlıq, ticarət-iqtisadi əlaqələr və mədəni mübadilə ilə bağlı məsələləri müzakirə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş