Şimali Koreya lideri barədə iddia yayılıb
Şimali Koreya lideri Kim Çen Inın ağır əməliyyat keçirdiyi və ölüm riskinin olduğu iddia edilib. AYNA xəbər verir ki, bu barədə “CNN International”a amerikalı rəsmilərə məlumat veriblər.
Rəsmilər KXDR liderinin səhhəti ilə bağlı narahatlıqların doğru olduğunu, lakin əsas səbəbin hələlik bilinmədiyini vurğulayıblar.
“Daily NK” qəzetinin açıqlamasına görə, 36 yaşındakı lider yalnız dörd gün bundan əvvəl hökumət iclasında görülüb və ondan sonra haqqında heç bir məlumat əldə edilməyib.