Şimali Koreya lideri yüksək rütbəli hərbçilərə tapşırıq verib
Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreyanın birgə təlimlərinə cavab olaraq “hücumedici” nüvə ilə hədələyib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, yüksək rütbəli hərbçilərlə görüşdə bildirib.
Şimali Koreya lideri nüvə arsenalını praktiki və hücum xarakterli şəkildə genişləndirmək üçün addımlar atacağına söz verib.
O vurğulayıb ki, bu, Koreya yarımadasındakı vəziyyətin pisləşməsi səbəbindən ordunun gücləndirilməsi zəruridir.
Şimali Koreya hakimiyyəti hərbi potensialın daha intensiv artırılmasına keçmək qərarını “ABŞ imperialistlərinin və Cənubi Koreyanın marionet xainlərinin hiylələri ilə” izah edib.
İclasda iştirak edən hərbi rəsmilər bildiriblər ki, son təlimin məqsədi Şimali Koreyaya qarşı “total müharibə”nin simulyasiyası olub.