Baş naziri vurmaq istədilər: saxlanılan var
Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə İrəvandakı “St.Anna Church” kilsəsində keçirilən ibadət zamanı insident baş verib.
AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, Baş nazir məbəddən çıxaraq ibadətə gələnlərin arasından keçdiyi anda onlardan biri narazı şəkildə mühafizəçiyə “mənə belə baxmağa cəsarət etmə” deyə müraciət edib. Arxadan isə başqa bir şəxs Paşinyanı vurmağa cəhd göstərib.
Hadisədən sonra İrəvan polisi kilsənin həyətində bir nəfəri saxlayıb.