Məhkəmə CHP-nin sabiq sədri barədə qərar verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “şəxsi hüquqlarının pozulması” əsasında 2021-ci ildə ölkənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdarığluna qarşı açılan məhkəmə işi yekunlaşıb.
AYNA Türkiyə mediasına istinadən bildirir ki, məhkəmə Kılıçdaroğluna 65 min Türkiyə lirəsi məbləğində mənəvi təzminat cəzası kəsib.
Türkiyə Prezidenti isə həmin pulu İsrail-Fələstin qarşıdurması zamanı Qəzzada yetim qalan uşaqlara bağışlayıb.
Qeyd edək ki, məhkəmə işi Kamal Kılıçdaroğlunun 2021-ci il yanvarın 26-da Türkiyə Böyük Millət Məclisində keçirilən qrup toplantısındakı çıxışı zamanı dövlət başçısına qarşı işlətdiyi ifadələrə görə açılmışdı.