Keşiş tərəfdarlarına çağırış edib

Dünya

14.06.2024 - 10:28

Həkimlər Klinikalar SEO Xidməti

Arxiyepiskop iyunun 17-də İrəvanın Baqramyan prospektində toplaşmağa çağırış edib

Ermənistanın “Vətən naminə Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan tərəfdarlarını iyunun 17-də İrəvanın Baqramyan prospektində toplaşmağa çağırıb.

Keşiş sabahdan etibarən Baqramyan prospektinin açılacağını, 4 günlük proses başa çatdıqdan sonra çadır şəhərciyinin yığışdırılacağını bildirib.

“Növbəti görüşümüz iyunun 17-də burada olacaq, saat 18:30-dan burada toplanacağıq. Bundan əvvəl siyasi qüvvələrlə həm birgə, həm də fərdi görüşlərimiz olacaq. Biz yenidən toparlanmalıyıq, hərəkat daha geniş, daha sivil və daha səylə qələbəyə çatmalıdır”, - keşiş deyib.

Qeyd edək ki, Ermənistan Parlamentinin spikeri Alen Simonyan iyunun 17-də İrəvanda növbədənkənar iclasın keçirilməsi haqqında qərar imzalayıb. İclasın gündəliyinə hökumətin istefası və yenisinin formalaşdırılması məsələsi daxildir.

İyunun 9-da keçirilən mitinqdə Qalstanyan iyunun 10-dan etibarən 96 saatlıq fasiləsiz tətil və etiraz aksiyalarına çağırıb. O, həmçinin deputatları hazırkı hökumətin istefası və yeni hökumətin formalaşdırılması gündəliyi ilə parlamentin növbədənkənar iclasını keçirməyə səsləyib. İyunun 10-na keçən gecə hərəkat tərəfdarları Baqramyan prospektinin kəsişməsində çadırlar qurublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş