Kəşfiyyat məlumatı: Belarusdakı rus hərbçilər arasında xəstəliklər yayılıb

Dünya

07.11.2022 - 10:45

Həkimlər Klinikalar SEO Xidməti

Xəstəliklərin yayılma səviyyəsi o qədər yüksəkdir ki, belarus həkimləri onların öhdəsindən gələ bilmirlər

Belarusda səfərbər olan ruslar arasında xəstəliklər yayılıb. AYNA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

İdarənin məlumatına görə, Rusiya bölmələri əsasən “qismən səfərbər edilmiş vətəndaşlar” adlanan şəxslərdən ibarət Belarus ərazisinə daxil olmaqda davam edirlər.

"Onların əsas vəzifəsi işğalçı qoşunların maddi bazasını və yaşayış yerini hazırlamaqdır. Bu arada, onların özləri də yararsız şəraitdə yaşamağa məcburdurlar. Əsasən, lazımi sanitariya şəraiti olmayan çöl çadırlarında qalırlar", - məlumatda vurğulanıb.

Bildirilib ki, xəstəliklərin yayılma səviyyəsi o qədər yüksəkdir ki, belarus həkimlər onların öhdəsindən gələ bilmirlər. Ona görə də işğalçılar təcili olaraq Rusiya Federasiyasından hərbi və səfərbər olunmuş həkimləri Belarusa göndərməyə məcburdurlar.

“Əsasən bunlar tənəffüs yollarının xəstəlikləri (bronxit, tonzillit, pnevmoniya, astmanın kəskinləşməsi) və mədə-bağırsaq traktının infeksiyalarıdır”, - məlumatda deyilir.

Baş Kəşfiyyat İdarəsi qeyd edir ki, yaxın vaxtlarda Belarus Respublikası Silahlı Qüvvələrinin Qərb Əməliyyat Komandanlığının 230-cu birləşmiş Obuz-Lesnovski poliqonuna tibbi personalın daha bir partiyasının gəlməsi gözlənilir: "Xəstəliklərin yayılması həm də hərbi şəhərciklərdə gigiyena, keyfiyyətli qidalanma və tibbi xidmətin təmin edilməsi üçün elementar tələblərə əməl edilməməsi ilə bağlıdır".

Kəşfiyyatın məlumatına görə, Belarusda iki dövlətin hərbçiləri arasında gərginlik artmaqdadır və Rusiya hərbçilərinin belaruslara hörmətsiz münasibəti presedentləri ilə bağlı çoxsaylı münaqişəli vəziyyətlər yaranır.

"Belarus Respublikasının hərbi polisi rusların qanunsuz davranışlarının qarşısını almaq iqtidarında deyil. Xüsusilə, rusların belaruslara qarşı aşağılayıcı bəyanatları və davranışları Belarus Respublikası Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərinin sıravi hərbi qulluqçularının şikayətləri əsasında təqdim etdikləri memorandumlarda qeyd olunur. Xüsusilə, etnik xüsusiyyətlərə əsaslanan təhqirlərdən istifadə edilir. Presedentlərin sayı sürətlə artır ki, bu da Belarusda gərginliyin nəzarətsiz şəkildə artmasına gətirib çıxarır”, - Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi qeyd edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş