Baş Qərargah rəisi "Altın Kıran - 2024" birgə taktiki-xüsusi təliminin taktiki epizodu izləyəcək
Avqustun 23-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevin Qazaxıstana səfəri başlayıb. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirak etdiyi "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminin taktiki epizodu izləniləcək, eləcə də ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.