25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib
Gəncədə futbolçunu bıçaqlayan şəxs tutulub. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Veysəl Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki bıçaqlanan şəxs “Kəpəz”in futbolçusu Veysəl Rzayevdir.