Kemeron Xirosima faciəsi haqqında film çəkəcək

Dünya

17.09.2024 - 17:46

Həkimlər Klinikalar SEO Xidməti

Film Pelleqrinonun “Xirosima kabusları” kitabı əsasında çəkiləcək

“Oskar” mükafatı laureatı, rejissor Ceyms Kemeron amerikalı ssenarist və yazıçı Çarlz Pelleqrinonun gələn il çapdan çıxacaq “Xirosima kabusları” kitabı əsasında film çəkmək hüququ əldə edib. AYNA xarici mediaya istinadən bildirir ki, Pelleqrinonun “Xirosima kabusları” kitabı 2025-ci ilin avqustunda “Blackstone Publishing” nəşriyyatı tərəfindən çap ediləcək. Bu, yazıçının 2015-ci ildə işıq üzü görən və filmin əsası olacaq “Xirosimanın son qatarı” əsərinin davamıdır.

Kemeronun filmi İkinci Dünya müharibəsi zamanı Yaponiyaya atılan hər iki atom bombasından sağ çıxan yeganə şəxs kimi tanınan 29 yaşlı mühəndis Tsutomu Yamaquçinin hekayəsindən bəhs edəcək. O, avqustun 6-da şəhərin ABŞ hərbçiləri tərəfindən bombalandığı vaxt Xirosimada işgüzar səfərdə olub, ertəsi gün qatarla Naqasakiyə qayıdıb və avqustun 9-da da təkrar bombardmandan sağ çıxa bilib.

Kemeron “Terminator” və “Yad” filmləri ilə tanınan dünyanın ən böyük rejissorlarından biridir, həmçinin bütün zamanların dörd ən böyük filmindən üçünün – “Avatar”, “Avatar: Suyun Yolu” və “Titanik” ekran əsərlərinin müəllifidir. Yeni film onun 1997-ci ildə quruluş verdiyi “Titanik”dən sonra ilk “Avatar”la bağlı olmayan kinolenti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş