Kəmaləddin Heydərov Xızıda vətəndaşları qəbul edəcək

Xəbərlər

15.01.2025 - 17:18

Həkimlər Klinikalar SEO Xidməti

Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xızı şəhərində vətəndaşları qəbul edəcək. AYNA xəbər verir ki, bu barədə Dövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, nazir K.Heydərov tərəfindən yanvarın 17-də Xızı şəhərində, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10.00-dan Xızı və Siyəzən rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 16 yanvar 2025-ci il tarixdə Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.

Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş